• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır

Bakcell Yeni İl ərəfəsində “ASAN Məktub”la uşaqların arzularını reallaşdırır
29.12.2017 16:07
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Yeni il ərəfəsində "ASAN Könüllüləri” təşkilatının "ASAN Məktub” layihəsinə qatıldı.

Layihə çərçivəsində Təhsil Nazirliyi və "ASAN Xidmət”in birgə təşəbbüsü olan "Məktəblinin dostu” layihəsinin də tərəfdaşlığı ilə aksiya təşkil olunmuşdur. Aksiyanın əsas məqsədi bayram ərəfəsində uşaqları sevindirmək, onların arzu və istəklərini reallaşdırmaqdır.

Bu münasibətlə Bakcell şirkətinin nümayəndələri və ASAN Könüllülərinin iştirakı ilə 50 uşağa məktəb çantası və digər məktəb ləvazimatları hədiyyə edilib.

Bakcell artıq 2 ildən çoxdur ki "Uşaqlara ASAN sevgi” şüarı altında həssas qruplara aid uşaqlara sevinc bəxş etmək məqsədilə həyata keçirilən "ASAN Məktub” layihəsinə dəstək göstərir. Uşaqların saf arzularını reallığa çevirən bu layihə www.asanmektub.az internet səhifəsi vasitəsilə 14 yaşadək olan uşaqları əhatə edir. Layihə çərçivəsində uşaqların yazdığı məktublar sayta yerləşdirilir və onların istəkləri xeyirxah vətəndaşlar tərəfindən gerçəyə çevrilir. Layihənin mobil rabitə dəstəyi də Bakcell şirkəti tərəfindən təmin edilir.

Xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayan Bakcell şirkəti, uşaqlara sevinc bəxş etmək və onlara qayğı və diqqətini göstərmək üçün vaxtaşırı "ASAN Məktub” layihəsinə dəstək göstərir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol