• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən vacib sərəncam

İlham Əliyevdən vacib sərəncam
05.01.2018 21:35
Prezident İlham Əliyevin "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” imzaladığı fərman reklam şirkətlərinin işinə yarayıb.

Axar.az xəbər verir ki, fərmandan sonra bir çox qapalı məkanda tütün məhsullarının istifadəsinin qadağan edilməsini göstərən "siqaret çəkmək qadağandır” yazılı reklam lövhələrinə tələbat artıb.

Reklam şirkətlərinin sosial şəbəkələrdə paylaşdığı məlumata görə, artıq bir çox restoran, kafe, obyekt sahibləri "siqaret çəkmək qadağandır” yazılmış lövhələr sifariş verməyə başlayıb.

Qeyd edək ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” fərmana görə, təhsil və tərbiyə müəssisələri, onların ərazilərində, idman yarışları keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektləri, məişət obyektləri, sosial xidmət müəssisələrində, teatr və kinoteatrlarda, sirk binaları, sərgi və nümayiş salonlarında, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançaları, yerüstü qapalı və yeraltı piyada keçidlərində, metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonlarında, qapalı avtobus dayanacaq məntəqələri, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksofonlar və yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə siqaret çəkmək qadağan edilib.

İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər otuz manat məbləğində cərimələnəcəklər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol