• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qızıl yumurtalayan qaz

Bakıda qızıl yumurtalayan qaz
06.01.2018 23:24
Yanvarın 10-a qədər olan qaz sərfini dekabrın adına yazan "Azəriqaz”  abunəçilərdən aldığı artıq pulla ifrat şəkildə yol verdiyi qaz itkisini ört-basdır etməyə çalışır.

İstiPress-ə bu barədə  Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı bildirib.  Onun sözlərinə görə, bu barədə ona "Azəriqaz” da işləyən mənbə bildirib.
 


Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri

"Mənim əldə etdiyim məlumata görə, 2016-cı ildə "Azəriqaz” da 1 milyard kubmetrə qədər itki olub.  Həmin qazı yerlərdə nəzarətçilər qeyri-rəsmi şəkildə istixanalara verirlər. Şirkət isə bunun səviyyəsini bir qədər azaltmaq üçün abunəçiləri soymağa başlayır", - deyə Mirvari Qəhrəmanlı vurğulayıb.
Mənbənin Mirvari Qəhrəmanlıya dediyinə görə, bunun üçün sağyajlardan göstərijiləri distansion üsulla götürən terminalların proqramına müdaxilə olunub: "Yəni terminal yanvarın 8-10-da götürdüyü göstərijini dekabrın 29-u kimi qeydə alır. Nətijədə abunəçi yanvarın əvvəlində qazın kubmetri üçün 10 qəpik ödəməli olduğu halda, 20 qəpikdən ödəməli olur. Bu, az pul deyil. Ölkədə 2 milyon qaz abunəçisi var, bunun 60 faizi limiti keçmişlərdir. Bir limiti kesmiş ailə ay ərzində qaza ən azı 60 manat xərjləyir, yəni 10 gün ərzində "Azəriqaz”  bir müştəridən ən azı 20 manat artıq pul alır. 1,2 milyon abunəçi üzrə bu, 24 milyon manat edər. Yəni bu əməliyyat nətijəsində 24 milyon manatlıq korrupsiya faktı ört-basdır edilir",- deyə Mirvari Qəhrəmanlı vurğulayır.

Qeyd edək ki, bu barədə qaz abunəçiəri də müxtəlif KİV-lərə müraciət ediblər. Məsələn, "baku.ws"ə Şəki rayonu Orta Zəyzid kənd sakini Sakit Bəkirova şiakayət edib. Onun sözlərinə görə, ötən gün "Azəriqaz”ın əməkdaşı Gülüstan Bayramov abonentin evinə gələrək sayğacı sıfırlayıb və yekun borc 38.70 AZN müəyyən edib. Abonent Sakit Bəkirovaya təqdim olunan qəbzdə isə son göstəricinin tarixi bir həftə əvvəli, yəni dekabrın 29-u qeyd olunub.
 



Şikayətçi qaz abunəçisi deyir ki, sayğaca dekabrın 27-də 50 manat məbləğində qaz yükləmişdi. Bu qəbzdə də qeyd olunub. Bir həftə ərzində, dekabrın 29-dan yanvarın 5-dək isə abonentin qaz pulu 20 qəpikdən hesablanıb. Şikayətçinin sözlərinə görə, Orta Zəyzid kəndində əksər abonentlərə anoloji hadisə ilə qarşılaşıblar.

"Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Kəlbəliyev isə İstiPress-ə müsahibəsində bütün bu ittihamları təkzib edib: "Keçən il də sayğclar yanvarın 10-na kimi oxunub. Ona görə burda problem yoxdur, hesab illik gedir. Yəni hər bir abunəçinin sıfırlanması 1 ildən sonra baş verir". 




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol