• $
  • €
  • ₽
  • ₺
  • £

12 nəfər vətəndaşın hüquqları bərpa olunub

12 nəfər vətəndaşın hüquqları bərpa olunub
09.01.2018 22:51
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən, gördüyü tədbirlər nəticəsində qanunvericiliyin tələblərinə zidd şəkildə işdən azad edildiyi müəyyən olunan 12 nəfər vətəndaşın hüquqları bərpa olunaraq, yenidən əvvəkli iş yerlərinə bərpa ediliblər.

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev bildirib.O qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətlərinə əsasən 2017-ci ildə işəgötürənlər tərəfindən 103.334 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub.

Həmin vəsaitin 91,6 faizini əmək haqları, 5,5 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini zərərə görə ödənclər təşkil edib.

Bu tədbirlər çərçivəsində həmçinin Xidmətin əməkdaşları tərəfindən aidiyyəti işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları, habelə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülməli olan tədbirlər barədə qanunvericiliyin müvafiq maddələri izah olunub.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin müvafiq İş planına uyğun olaraq ayrı-ayrı orta məktəblərin yuxarı sinif şagirdləri arasında əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri ötən il də davam etdirilib. Həmçinin əmək qanunvericiliyi, o cümlədən əməyin mühafizəsi ilə bağlı norma və standartlar barədə işəgötürənlər arasında məlumatlandırma işləri aparılıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol