• $
  • €
  • ₽
  • ₺
  • £

İstiqrazlarla REPO əməliyyatları sürətlə artır – VİDEO

İstiqrazlarla REPO əməliyyatları sürətlə artır – VİDEO
07.02.2018 11:48
Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR istiqrazları ilə REPO əməliyyatlarının həcmi kəskin artıb. İstiqrazların marketmeykeri olan «PSG Kapital» şirkətindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyyatları üzrə 4 müqavilə bağlanılıb. Bu müqavilələr əsasında istiqraz sahibləri aşağı faizlərlə 2,7 milyon dollardan artıq vəsait cəlb ediblər.

Qeyd edək ki, SOCAR İstiqrazları ilə REPO əməliyyatlarına ötən ilin noyabr ayından start verilib. REPO əməliyyatları zamanı SOCAR istiqrazlarının sahibləri olan fiziki və hüquqi şəxslər Bakı Fond Birjasında (BFB) istiqrazları girov qoyaraq qısamüddətli və sərfəli şərtlərlə kredit cəlb edə bilirlər.

«PSG Kapital» şirkətindən verilən məlumata görə, indiyədək SOCAR İstiqrazları ilə REPO əməliyatları üzrə ümumilikdə 17 müqavilə bağlanılıb, istiqraz sahibləri 14,4 milyon dollar kredit cəlb ediblər. Bu əməliyyatlardan həm hüquqi şəxslər, həm də istiqrazı olan fiziki şəxslər, adi vətəndaşlar faydalanıblar.

REPO vasitəsilə cəlb edilən vəsaitlərin məbləği 2,8 min dollardan 1,1 milyon dollaradək dəyişir. Bu vəsaitlər 2-22 gün müddətinə götürülüb.

Bununla yanaşı, marketmeyker şirkətində xatırladıblar ki, SOCAR İstiqrazı sahibləri REPO əməliyyatı vasitəsilə təqribən 3 aylıq müddətə də vəsait cəlb edə bilərlər. Burada əsas tələb odur ki, REPO ilə götürülən vəsaitlər faiz ödənişinə 5 gün qalana qədər geri ödənilsin.

Xatırladaq ki, SOCAR İstiqrazları üzrə növbəti faiz ödənişi aprel ayının 17-də olacaq. Həmin vaxtadək REPO əməliyyatında iştirak edənlər əldə etdikləri vəsaitləri bu tarixə 5 gün qalana qədər qaytarmalıdırlar. Hazırda fevralın əvvəli olduğunu nəzərə alanda istənilən istiqraz sahibi REPO əməliyyatı edərək 2 aylıq müddətə, illik 3,5% dərəcəsi ilə vəsait cəlb edə bilər.

Qeyd edək ki, müxtəlif qiymətli kağızlar üzrə repo məbləğləri fərqlənir. SOCAR istiqrazları etibarlı qiymətli kağız sayıldığına və BFB-nin əsas listinqində əməliyyat edildiyinə görə, bu kağızlar üzrə "hair cut” (təminat əmsalı) cəmi 5% təşkil edir. Yəni istiqraz sahibləri REPO əməliyyatları vasitəsilə sahib olduğu istiqrazların dəyərinin 95%-i həcmində vəsait cəlb edə bilərlər.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol