• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müşavirə keçirdi

Nazir müşavirə keçirdi
07.02.2018 16:00
Ekologiya və Təbii Sərvətlər Nazirliyində geniş müşavirə keçirilib.

"Qafqazinfo” xəbər verir ki, müşavirədə nazir Hüseyn Bağırov "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə başçısı tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, ixrac potensialının gücləndirilməsi, idxaldan asılılığın azaldılması məqsədi ilə həyata keçirilən tədbirlərin davam etdirilməsi və səmərəliliyinin artırılması barədə müvafiq tapşırıq və tövsiyələr verdiyini qeyd edib. 

Bununla əlaqədar prezidentin tövsiyələrinə uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilmiş işlər barədə məlumat verib. O, Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aidiyyəti üzrə nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində müvafiq işlər, o cümlədən aqromeşələrin salınması, əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatı, hidrometeoroloji müşahidə və milli monitorinq sistemlərinin modernləşdirilməsi, dəniz suyunun duzsuzlaşdırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin miqyasının genişləndirilməsi, yerin təkində təbii sərvətlərin axtarışı, kəşfiyyatı və s. sahələrdə müvafiq tədbirlərin görüldüyünü xüsusilə qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlərin görülmüş işlər barədə hesabatları dinlənilib.

Tədbirin sonunda ölkə Başçısının "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında verdiyi tapşırıqların icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin görəcəyi işlər müzakirə olunaraq istiqamətlər müəyyənləşdirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol