• $
  • €
  • ₽
  • ₺
  • £

MTRŞ-dan radiolara xəbərdarlıq

MTRŞ-dan radiolara xəbərdarlıq
09.02.2018 12:13
Qanunvericilik tələbinin pozulması səviyyəsindən asılı olaraq radiolarla bağlı inzibati tədbirlər görülə bilər. Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, MTRŞ məsələni inzibati tədbirlərlə həll etmək istəmir: "Biz istəmirik ki, məsələni inzibati tədbirlərlə həll edək, amma inzibati tədbirlər hər an ola bilər. Hazırda monitorinqlər aparılır. Monitorinqlər yekunlaşdıqdan sonra radioda məsul şəxslərlə görüş keçiriləcək, nöqsanlar onların diqqətinə çatdırılacaq və onlar da izahat verəcək ki, niyə vəziyyət belədir. Çalışacağıq ki, problemlərdən birgə çıxış yolu tapaq”.

Şöbə müdiri vurğulayıb ki, həm cəmiyyətin, həm də medianın əsas diqqəti televiziyalar üzərində fokuslanıb:

"Bəzən belə rəy formalaşır ki, radiolar diqqətdən kənarda qalıb. Əslində heç də belə deyil. MTRŞ bütün yayımçıların monitorinqini aparır. Radiolarla bağlı da cəmiyyətdən müəyyən siqnallar daxil oldu. Məsələn bəzən belə hallar olur ki, qanun pozuntusu deyil, amma xoşagəlməz haldır, bəzən Azərbaycan milli dəyərlərinə xas olmayan müəyyən ifadələr, mövzular aparıcılar tərəfindən müzakirəyə çıxarılır. Bəzən aparıcı zəng edən tamaşaçı ilə elə formada danışır ki, bu qanun pozuntusu deyil, amma etik qaydanın pozulmasıdır. Biz çalışırıq bu məsələləri ortaya çıxaraq və daha çox hansı radiolarda bu cür hallara yol verildiyini müəyyən edək. Müəyyən edək ki, günah aparıcılardadır, yoxsa radionun xətti budur?! Ona görə də biz radioları xüsusi diqqətdə saxlayırıq”.

Qeyd edək ki, MTRŞ tərəfidən radiolarda aparılan monitorinqlərin nəticələri mart ayının ikinci yarısında bəlli olacaq.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol