• $
  • €
  • ₽
  • ₺
  • £

33 dövlət əmlakı özəlləşdirilib

33 dövlət əmlakı özəlləşdirilib
13.02.2018 22:44
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

AzVision.az Komitəyə istinadən xəbər verir ki, budəfəki hərracda da rəqabət müşahidə olunub və 33 dövlət əmlakı özəlləşdirilibdir. Bunlardan 7 əmlak üzrə vətəndaşlar tərəfindən 17 sifariş qəbul edilib.

Sifarişlərdən 4-ü isə elektron qaydada verilib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi də hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradır. Belə ki, əksər əmlakların rəqabətli olması buna əyani sübutdur. Qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsinə aid olan 2 dövlət əmlakı bir neçə investoru özünə cəlb edə bilib. Nəticədə paytaxtın Nərimanov rayonunda yerləşən əmlakın ilkin start qiyməti 10 min 800 manat olmasına baxmayaraq 30 min 500 manata özəlləşdirilib. Qeyd edilməlidir ki, qeyri-yaşayış üzrə özəlləşdirilən əmlaklardan 15-i Bakıda qalanları isə Gəncə, Sumqayıt, Bərdə şəhərlərində yerləşir. 

Qeyd edilməlidir ki, budəfəki hərracda vətəndaşlarımız Elektron hərracın üstünlüklərindən faydalanıblar. Belə ki, alıcılardan biri paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə onlayn olaraq qoşulub. 
Budəfəki hərracda özəlləşdirilən 33 əmlaklardan 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-si qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi özəlləşdirilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol