• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyevin adı niyə bu rayona verilməlidir?

Heydər Əliyevin adı niyə bu rayona verilməlidir?
14.02.2018 10:36
Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Heydər Əliyevin əməyi olmasın. Heydər Əliyev bütövlükdə Azərbaycanın dayaqlarnı möhkəmləndirib. Qaradağ rayonunda isə Heydər Əliyevin xüsusi əməyi və zəhməti var.

Anews.az Trend-ə istrinadən xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aydın Hüseynov Bakının Qaradağ rayonuna ulu öndər Heydər Əliyevin adının verilməsi ilə bağlı təklifini əsaslandırarkən bildirib.

"Hələ sovet dönəmində Heydər Əliyev SSRİ-nin Siyasi Bürosunun qərarını ləğv etdirib Dərin Özüllər Zavodunun Azərbaycana gətirilməsinə nail olmuşdu. Elə təkcə bu fakt kifayət edir ki, Qaradağ rayonuna Heydər Əliyevin adı verilsin. Əgər Dərin Özüllər Zavodu olmasaydı, biz neft konsorsiumundan, neft layihələrimizdən söhbət aça bilməzdik. Bakı-Tbilisi-Ceyhan kəməri öz başlanğıcını məhz Qaradağda yerləşən Səngəçal terminalından götürür. Ümummilli lider Heydər Əliyevin əməyi sayəsində Qaradağ rayonunda bir çox sosial və infrastruktur layihələri də həyata keçirilib.

Heydər Əliyevin Qaradağda reallaşdırdığı layihələr təkcə Azərbaycan üçün deyil, o cümlədən region üçün, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyətə malikdir. Heydər Əliyev bunların hamısını boz çöllərdə yaradıb. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu xətti öz başlanğıcını Ələtdən götürür, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qaradağ Sənaye Parkı və bir sıra zavodlar Qaradağda yerləşir. Heydər Əliyevin ideyasını Prezident İlham Əliyev uğurla davam etdirib. Bütün bu işlər Qaradağ rayonunun ulu öndər Heydər Əliyevin adına adlandırılmasına tam əsas yaradır.

Biz Qaradağ rayonuna Heydər Əliyevin adının verilməsi ilə sonrakı rəhbərlərə də göstəririk ki, kim xalqı üçün belə böyük işlər görürsə, onun əməli, adı daim yaşayacaq. Dünya tarixinə nəzər salsaq, istər Amerikada, istər Avropada, istərdə də dünyanın digər ölkələrində böyük xidmətləri olmuş dövlət xadimlərinin adlarının əbədiləşdirilməsi faktlarına rast gələrik. Misal üçün, ABŞ-da bir sıra ərazilərin ölkə prezidentləri olmuş Corc Vaşinqton, Tomas Cefferson, Ceyms Medison, Abraham Linkoln və digərlərinin şərəfinə adlandırıldığını göstərmək olar. Digər ölkələrdən də çox sayda bu cür misallar gətirmək mümkündür. Əgər bu, dünya praktikasında varsa, Azərbaycanda niyə olmasın?!” - deputat qeyd edib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol