Bir ayda benzindən əldə edilən gəlir açıqlandı

2018-ci ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində satılan məhsulların dəyəri əvvəlki ilin eyni ayının səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 2794,6 milyon manata bərabər olub.
Statistika Komitəsindən anews.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 1411,4 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 1383,2 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Satılan məhsulların dəyəri 2017-ci ilin yanvar ayının göstəricilərini real ifadədə müvafiq olaraq 1,7 faiz və 3,0 faiz üstələyib.
Ərzaq məhsullarının satışından 1 253,4 milyon manat gəlir, içkilər və tütün məmulatlarının satışından 158 milyon manat, əczaçılıq və tibbi mallarının satışından 37,6 milyon manat, avtomobil yanacağından 161,4 milyon manat gəlir əldə edilib.
Avtomobil yanacağının satışından əldə edilən gəlirlər ötən ilin müvafiq dövrünə nisbətdə 0,9 faiz artıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















