• $
  • €
  • ₽
  • ₺
  • £

2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin!

2018-də yaşayışa təhvil veriləcək binalardan mənzil almağa tələsin!
14.02.2018 15:05
Bəzi alıcılar tikintisi yeni başlayan binalardan mənzil almağa üstünlük vermirlər. Bir çox ailələr kirayədə yaşadığından və ya ailə yeni qurulduğundan alınan mənzilə qısa müddətdə köçmək istəyirlər. Bu baxımdan 2018-ci il ərzində yaşayışa təhvil veriləcək binalardan mənzil almaq bir fürsətdir.

Bakı, Sumqayıt və Xırdalan şəhərlərində yaşayış binaları tikən, indiyədək minlərlə ailəni kupçalı mənzil sahibi edən "Kristal Abşeron” şirkəti 2018-ci ildə əksər layihələrini təhvil verəcəkdir.

Şirkətdən verilən məlumata görə, Bakı şəhərində "8-ci mikrorayon”, "Əcəmi 2”, "İnqilab 2”, "Şərifzadə” layihələri, Xırdalan şəhərində "Xırdalan 2”, Sumqayıt şəhərində "Sahil Park Sumqayıt”, "Sumqayıt 9-cu mikrorayon”, "Sumqayıt 10-cu mikrorayon” layihələri təhvil veriləcəkdir. Layihələrin ünvanları və binalar barədə daha ətraflı məlumatı https://kristalabsheron.az/az/projects/index ünvanından oxuya bilərsiniz.

"Kristal Abşeron” şirkəti 2018-ci ildə daha 4 yeni layihənin inşasına da başlayacaqdır. Yaxın vaxtlarda ünvanlar barədə ictimaiyyətə məlumat veriləcəkdir.

"Kristal Abşeron”un bütün layihələrini birləşdirən ortaq 5səbəb– Avropa istehsalı materiallarla keyfiyyətli təmir, isti və soyuğa davamlı izolyasiya sistemləri, vaxtında təhvil, sərfəli ödəmə üsulları və ən əsası bütün mənzillərin çıxarışla (kupça) təmin edilməsidir.

"KÖÇ YAŞA” ŞƏKLİNDƏ TAM TƏMİR

Vətəndaşlar üçün təmirin hesab edilən qədər asan olmadığını başa düşən "Kristal Abşeron” şirkəti mənzilləri Azərbaycanda ilk dəfə olaraq 2013-cü ildən başlayaraq kütləvi şəkildə tam təmirli, "köç yaşa” şəklində təhvil verir. Təmirə Türkiyə istehsalı giriş qapısı, Belarusiya istehsalı mənzilin daxili qapıları, Almaniya texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. şirkətinin istehsalı hamam aksesuarları, İspaniya istehsalı kafel - metlax, Belarus və Rusiya istehsalı parket döşəmə (palıd) və s. daxildir. Təmir dedikdə bütün aksesuarlar ilə nəzərdə tutulur və alıcı əlavə xərclər çəkməli olmur.

SAKİNLƏR ƏZİYYƏTSİZ YAŞAYIR

"Kristal Abşeron" şirkəti binaları metro stansiyalarına, marşrut yollarına, bağça, məktəb, market kimi obyektlərə yaxın ərazilərdə inşa edir. Qısası, hər şey əlinizin altında olacaqdır.

YAYDA SƏRİN, QIŞDA İSTİ MƏNZİLLƏR

"Kristal Abşeron” layihələrində "TexnoNikol” şirkətinin izolyasiya məhsulundan istifadə edilir. Binaların cəbhəsi (çöl hissəsi) soyuğa, istiyə, nəmlənməyə dayanıqlı təbii daşlardan hazırlanan daş yunu ilə üzlənir. Daş yunu binanın çöl divarı ilə iç divarı arasındakı temperatur fərqini azaltdığından soyuq havada mənzili isti, isti havada isə sərin qalmasını təmin edir. Nəticədə, mənzil sahibləri enerji xərclərinə 70%dək qənaət etmiş olurlar.

SƏRFƏLİ SATIŞ ŞƏRTLƏRİ

"Kristal Abşeron” şirkətinin bu il təhvil veriləcək yaşayış binalarında mənzillərin böyük hissəsi satılıb. Çox az sayda qalan mənzillər düzgün qərar verən alıcıların olacaqdır. Mənzillər, 20 faiz ilkin ödənişi olan 25 illik ipoteka ilə (illik 7%) təklif olunur.

QISA MÜDDƏTDƏ, VAXTINDA TƏHVİL

Bu gün, tikilməkdə olan binadan mənzil alaraq uzun müddətdir yeni mənzilinə köçə bilməyən ailələr minlərlədir. Bir çox tikinti şirkəti binanı söz verdiyi vaxtda təhvil verə bilmir. Fəxrlə qeyd edək ki, indiyədək "Kristal Abşeron” şirkəti 10 layihəsi üzrə binaların tikintisini vaxtında tamamlayaraq sakinlərin ixtiyarına vermişdir. Şirkətin "Bayıl”, "Xırdalan 1”, "Yeni Günəşli 1”, "Sumqayıt 6-cı mikrorayon” və s.

layihələri nümunələr kimi göstərilə bilər. Ötən illər ərzində ailələrə tam təmirli, "kupçalı” mənzillər təhvil verməsi "Kristal Abşeron”u ən güvənli tikinti şirkətlərindən birinə çevirmişdir. Layihələr barədə daha ətraflı:  kristalabsheron.az/az/project/index/43  www.facebook.com/KristalAbsheron/?fref=ts Tel:*1544

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol