• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank 3% endirimli, 6 ayadək güzəştli aqrokreditlər təklif edir

Unibank 3% endirimli, 6 ayadək güzəştli aqrokreditlər təklif edir
15.02.2018 10:33
İndi Unibank-dan 300.000 AZN-dək kənd təsərrüfatı kreditini 3% endirimli alıb, biznesinizi daha da böyüdə bilərsiniz. Unibank-ın aqrokreditləri 6 ayadək güzəşt müddətlidir. Bank 20.000 AZN-dən yuxarı kənd təsərrüfatı kreditlərinə nağdlaşdırma və köçürmədə 50%-lik endirim edir. Kənd təsərrüfatı krediti rəsmiləşdirənlər, Unibank-ın pulsuz mobil və internet bankçılıq xidmətlərindən istifadə edərək, bizneslərini daha rahat idarə edə biləcəklər.

Aqrokreditin şərtləri:

- Kənd təsərrüfatı kreditləri VÖEN sahibi olan sahibkarlara verilir;

- Məbləğ: 20.000 AZN-dən 300.000 AZN-dək;

- Kreditin müddəti: 3 ilədək;

- Güzəşt müddəti: 6 ayadək;

- Girov tələb olunur.

Unibank-ın biznes müştərisi olmaq hansı üstünlüklər verir?

- Sərfəli tariflər;

- Dünyanın istənilən yerindən hesablarınızın məsafədən və təhlükəsiz idarə olunması imkanı;

- Hesabın bir neçə dəqiqə ərzində bron edilməsi;

- Kartların pulsuz sifarişini mümkün edən sərfəli əmək haqqı layihəsi, ölkəmizdəki bütün bankomatlardan əmək haqqını komissiyasız nağdlaşdırma imkanı;

- Kassa kəsirlərinin qarşısının alınması üçün lazımı məbləğdə overdraftların ayrılması;

- Sənəd dövriyyəsinin minimuma endirilməsi;

- Unibank və eManat terminallarında ödəniş və digər əməliyyatlar aparmaq imkanı;

- Korporativ xidmətlər sahəsində peşəkar və savadlı bank mütəxəssislərinin xidməti.

Unibank-ın korporativ müştəriləri banka gəlmədən bankın digər məhsul və xidmətlərindən də faydalana bilərlər. Unibank-ın mükəmməl rəqəmsal bankçılıq xidmətləri- Unibank Mobile Business (onelink.to/um-business), İnternet Banking və Telegram Bot biznes sahiblərinə harada olmaqlarından asılı olamayaraq 24/7 öz bizneslərini idarə etmək, bank hesablarına sərəncam vermək imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol