• $
  • €
  • ₽
  • ₺
  • £

“S&P” “Azərenerji”nin reytinqini aşağı sala bilər

“S&P” “Azərenerji”nin reytinqini aşağı sala bilər
16.02.2018 13:43
"Nazirlər Kabinetinin qərarı ilə 2018-2025-ci illər ərzində Azərbaycan hökuməti "Azərenerji”yə xarici valyutada öhdəliklərinin yerinə yetirilməsi üçün əlavə kapital inyeksiyası həyata keçirəcək”.

"APA-Economics” xəbər verir ki, bu barədə "Standard&Poors” beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Bildirilir ki, bu günə qədər hökumət "Azərenerji”nin likvidlik çatışmazlığının aradan qaldırılması və faiz ödənişlərinin həyata keçirilməsinə dəstək olub. "Belə başa düşürük ki, Azərbaycan hökuməti ehtiyac olarsa, 2018-ci ildə şirkətin borclarının və faiz ödənişlərini yerinə yetirilməsi üçün büdcədə şirkətə kifayət qədər maliyyə inyeksiyası nəzərdə tutub. İnanırıq ki, Maliyyə Nazirliyi "Azərenerji”nin borclarının ödənilməsinə yaxından nəzarət edir və "Azərenerji” də öz növbəsində digər dövlət qurumları kimi hökumətin təsdiqi olmadan yeni borclanmalara getmir. Hökumətin şirkətə cari borclarını ödəməkdə maliyyə yardımı etməsinə və ödənişlərin toplanmasına nəzarət etməsinə baxmayaraq, hələ də "Azərenerji”də yüksək borclanma var və kapital xərclərinin maliyyələşdirilməsi məsələsi hələ də qeyri-müəyyəndir. Bun görə də biz şirkətin reytinqini Azərbaycanın reytinqinə bərabər tutmuruq. Əksinə, "Azərenerjinin” reytinqi bir qədər də aşağı salına bilər,” – deyə məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri qeyd edir ki, "Azərenerji”nin reytinqi üzrə proqnozun neqativ olması hökumətin şirkətə uzunmüddətli strategiya çərçivəsində maliyyə dəstəyi göstərib-gəstərməyəcəyi ilə bağlı qeyri-müəyyənliyi əks etdirir: "Xüsusilə biz neqativ proqnozda böyük investisiya proqramının maliyyələşdirilməsi, "Azərişıq” tərəfindən davamlı olaraq ödənişlərin yığılması, tariflər və ümumilikdə, hökumətin şirkətin yüksək borclanmasına davamlılığı məsələsini əsas götürmüşük. Şirkətin dövlətin zəmanəti olmadan yeni borclanmaya getməsi, fikrimizcə, hökumət dəstəyinin azalması mesajını ötürəcək. Bundan başqa, "Azərenerji”nin likvidlik mövqeyinin yoxlanması və likvidlik çatışmazlığının aradan qaldırılması üçün maliyyə dəstəyi təminatı üzrə hökumətin mexanizmlərinin zəifləməsi də şirkətin reytinqini təzyiq atında qoya bilər. Düşünürük ki, yaxın müddətdə şirkətin strukturu və aktivlərinin tərkibi dəyişməyəcək. Əgər hökumətin şirkətə dəstəyinin zəiflədiyini hiss etsək, "Azərenerji”nin reytinqi aşağı salınacaq”. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol