• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR reaktiv metanol istehsalına başladı

SOCAR reaktiv metanol istehsalına başladı
22.02.2018 10:42
SOCAR-ın törəmə müəssisəsi olan "SOCAR Methanol” MMC yeni istehlak məhsulunun - analitik metanolun istehsalına başlayıb.

"Qafqazinfo” xəbər verir ki, bu məhsul Azərbaycanın qaz kimya sənayesində ilk dəfədir ki, istehsal olunur. Analitik metanoldan laboratoriyalarda kimyəvi reaktiv kimi istifadə edilir. Hazırda "SOCAR Methanol” MMC analitik metanolu alıcılara müxtəlif həcmli taralarda təqdim edir. Artıq bir neçə yerli şirkətlə müqavilələr bağlanıb və ilkin satış həyata keçirilib. 

Məhsul SOCAR brendi altında "Made in Azerbaijan” markası ilə buraxılır. SOCAR daxili bazarla yanaşı Türkiyə, MDB və Qərbi Avropa ölkələrində fəaliyyət göstərən laboratoriyaları da analitik metanolla təmin etmək iqtidarındadır. 

Beynəlxalq standartlara əsasən, təmizlik dərəcəsi 99,90 %-dan çox olan metanol, analitik metanol kimi istifadə edilə bilər. SOCAR-ın istehsal etdiyi məhsulun təmizlik dərəcəsi 99,98% təşkil edir. Məhsulun keyfiyyəti həm daxili kimyəvi laboratoriya və həm də beynəlxalq nüfuza malik olan təftiş şirkətləri tərəfindən mütəmadi yoxlamadan keçirilir. 

"SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev bildirib: "Bu gün analitik metanol istehsalının başlanması ilə ölkəmizin emal sənayesində yeni bir səhifə açılır. Bu günə qədər SOCAR qaz-kimya sənayesində aralıq məhsullarını istehsal edirdisə, artıq bu sahədə son istehlak məhsulunun istehsalına da başlanılıb. Bununla da SOCAR inteqrə olunmuş beynəlxalq şirkətə çevrilmək yolunda daha bir mühüm addım atıb”. 

Qeyd edək ki, Metanol zavodu 2013-cü ildən fəaliyyət göstərir. İllik maksimal istehsal gücü 650-700 min ton olan Metanol zavodunun tikintisi ilə Azərbaycanda qaz-kimya sahəsində ilk istehsal obyektinin əsası qoyulub. Zavodun qurulmasında İngiltərənin ICI firmasının aşağı təzyiqli metanol istehsalı texnologiyası tətbiq olunub. İstehsal prosesində xammal kimi əsasən təbii qaz və su buxarından istifadə edilir. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol