Nazir yeni baş həkim təyin etdi

Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
Anews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, həmin vəzifəyə müvəqqəti olaraq Hüseyn Şahmalıyev təyinat alıb. H.Şahmalıyev xəstəxananın poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Neftçilər Xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















