• $
  • €
  • ₽
  • ₺
  • £

Mühüm proqnoz: Bu il manat, neft...

Mühüm proqnoz: Bu il manat, neft...
23.02.2018 16:19
2018-ci il dövlət rezervlərimizin artırılması baxımından əhəmiyyətli illərdən olacaq.

Axar.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Vüqar Bayramov qeyd edib. Ekspert bildirib ki, 2004-cü ildə Azərbaycanın dövlət rezervləri cəmi 1,8 milyard dollar idisə, ötən müddətdə həmin rəqəm 42 milyard dollara qədər yüksəldi:

"Yəni ötən il dövlət rezervləri 5 milyard dollar artdı. Bazar qiymətinin aşağı olmasına rəğmən dövlət rezervlərimizdə artım baş verdi. 2017-ci ildə büdcə üzrə nəzərdə tutulan öhdəliklər yerinə yetirildi, iqtisadiyyatdakı stabillik təmin edildi. Bu isə dövlət rezervlərinin artmasına müsbət təsir göstərdi. Bu il dövlət rezervlərinin artırılması əsas hədəflərdən biridir. Neftin bazar qiyməti büdcədə nəzərdə tutulandan daha yüksəkdir. Hər barrel üçün 45 dollar nəzərdə tutulsa da, hazırda"Azərilayt” markalı neft daha yüksək qiymətə satılır”.

İqtisadçı büdcə gəlirlərinin formalaşmasında qeyri-neft sektorunun rolunu xüsusilə qeyd edib:

"ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatır. Bu da dövlət rezervlərinin artırılmasına şərait yaradır. Hesab edirəm ki, fiskal konsolidasiya siyasətinin davam etdirilməsi 2018-ci ildə də dövlət rezervlərinin strateji valyuta ehtiyatlarındakı artım tempinin qorunub saxlanmasına imkan verəcək. Dövlət Neft Fondu ilə bərabər, Mərkəzi Bankın xarici valyuta ehtiyatlarında da artım qeydə alınıb. Bu birbaşa baş bankın de-dollarlaşma prosesi nəticəsində intervensiyasının aradan qaldırılması və hərraclar vasitəsilə xarici valyutaya olan tələbin ödənilməsinə nail olunması ilə bağlıdır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol