Avropa bankı Eldar Mahmudova görə bağlandı

Latviyanın böyük banklarından biri olan ABLV bankının səhmdarları bankın ləğvi haqqında qərar veriblər.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı bankı mətbuat xidməti yayıb. Bank ləğv edilməyi ilə bağlı əlavə informasiya verməkdən imtina edib.
"Haqqin.az” saytı ABLV-nin Bakıda ofisinin olduğunu bildirib. Sayt bankın ofisinin İçərişəhərdəki biznes mərkəzlərdən birində yerləşdiyini vurğulayıb. Saytın mənbəsi məhz bu bankın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və Beynəlxalq Bankın İdarə Heyətinin eks-sədri Cahangir Hacıyevin pullarını ofşorlara köçürdüyünü bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Maliyyə Nazirliyi ABLV bankına sanksiyalar tətbiq edəcəyini bəyan edib. Bank Şimali Koreyanın nüvə proqramına yardım üçün pulların yuyulması, eləcə də Azərbaycan, Rusiya və Ukraynadakı qeyri-leqal fəaliyyətlərdə ittiham olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər




















