• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunda yenilik

Bakı metrosunda yenilik
27.02.2018 11:27
"Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır.

Anews.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Türkiyənin "KentKart EGE Elektronik” şirkəti ilə imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır. 

Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.

Təlimlərdə texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər.

Qeyd edək ki, 8 avqust 2015-ci ildən metroda vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi davam etdirilir.

Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı "Sahil”, "Gənclik” və "Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb.

Təmir olunan "Xətai” və "Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol