Azərbaycanda yeni assosiasiya yaradıldı

Süd və süd məhsulları istehsalçılarının təşəbbüsü, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası təsis edilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, assosiasiya süd və süd məhsullarının istehsalı sahəsində sahibkarlığın inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə, istehsalın və ixracın artmasına dəstək göstərəcək.
Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının təsis yığıncağında Samir Eyyubov qurumun İdarə Heyətinin sədri seçilib.
Qeyd edək ki, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən hər bir hüquqi və ya fiziki şəxs müvafiq sənədləri təqdim etməklə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvü ola bilər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 13:41
Fariz Əliyev: Azərbaycan Orta Dəhlizi yüksək əlavə dəyər yaradan iqtisadi dəhlizə çevirməyi hədəfləyir

İqtisadiyyat 13:00
Kamal Abbasov: Azərbaycan İtaliya ilə yaşıl enerji layihələrini genişləndirmək niyyətindədir

İqtisadiyyat 11:56
Mikayıl Cabbarov: Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 9 milyard dolları ötüb

İqtisadiyyat 11:49
Antonio Tajani: İtaliyanın Azərbaycana ixracı yüksək keyfiyyətli məhsullarla genişləndirilə bilər
Son xəbərlər 
Daha çox 



















