• $
  • €
  • ₽
  • ₺
  • £

Quba abidəsində təmir-bərpa işləri başlayıb

Quba abidəsində təmir-bərpa işləri başlayıb
07.03.2018 14:00
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Quba şəhərində yerləşən "Hündür günbəzli hamam”da təmir-bərpa işləri həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən anews.az-a verilən məlumata görə, "Hündür günbəzli hamam” Nazirlər Kabinetinin müvafiq qərarı ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.

Abidə ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə bərpa olunur.

Nazirlikdən bildirilib ki, tarixi abidədənin bərpa olunması istiqamətində işlər davam etdirilir. Ötən müddət ərzində abidənin fasad və daxili divarlarında yaranmış fəsadlar aradan qaldırılıb, hörgüarası tikişlər təmizlənərək əhəng məhlulu ilə yenidən doldurulub.

Hücrələrdə möhkəmləndirmə işləri görülüb, damın səthi torpaq və ot örtüyündən tam təmizlənib, sahə bərpa olunaraq izolyasiya edilib, günbəzə qalxan kərpic pilləkən bərpa olunub. Hamamın fasadında və daxili hissələrində aşınmış kərpiclər bərpa edilib, relyef üzrə səviyyə fərqinə görə perimetr boyu torpaq 50 santimetr dərinliyində qazılaraq hamama daxil olmaq üçün pilləkənlər quraşdırılıb.

Otaqların döşəmələri palçıq təbəqəsindən təmizlənərək bərpa olunub, eyni zmanda tavan və divarlar suvaq qatından təmizlənərək ilkin vəziyyətə uyğun bərpa işləri həyata keçirilib. Tarixi abidənin qapı və pəncərələri yeniləri ilə əvəz edilib, isitmə, soyutma avadanlıqları quraşdırılıb, hasarı bərpa olunub. Ərazinin abadlaşdırlması və digər işlər həyata keçirilir.

Qeyd edək ki, Qubada yerləşən "Hündür günbəzli hamam” XIX əsrdə, şərq memarlığı üslubunda inşa olunub. Tikintisində bişmiş kərpicdən istifadə edilib. Tarixi abidədə sonuncu dəfə 1986-1987-ci illərdə təmir-bərpa işləri aparılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol