• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR İstiqrazları üzrə təkrar bazar və REPO əməliyyatları

SOCAR İstiqrazları üzrə təkrar bazar və REPO əməliyyatları
29.05.2020 09:48
Fevral ayında Azərbaycanın qiymətli kağızlar bazarında SOCAR İstiqrazları üzrə 57 əqd həyata keçirilib və 3 milyon 273 min 757 ABŞ dolları həcmində təkrar bazar əməliyyatı aparılıb. SOCAR İstiqrazlarının marketmeykeri olan «PSG-Kapital» şirkətindən verilən məlumata görə, ötən ay təkrar bazarda 3 255 istiqraz alınıb-satılıb. İstiqrazların fevral ayı üzrə orta qiyməti 1 005,76 ABŞ dolları təşkil edib.

Ümumilikdə, SOCAR İstiqrazlarının dövriyyəyə buraxıldığı 2016-cı ilin oktyabr ayından indiyədək ötən dövr ərzində istiqrazlarla əməliyyatların ümumi həcmi 136 milyon ABŞ dolları təşkil edib.

Fevral ayı ərzində SOCAR İstiqrazları ilə REPO bazarında da yüksək fəallıq müşahidə edilib. Müşahidələr göstərir ki, getdikcə daha çox istiqraz sahibi REPO əməliyatlarına müraciət edərək güzəştli şərtlərlə vəsait cəlb etməyə üstünlük verir.

Ötən ay istiqrazlar üzrə 8 repo əməliyyatı aparılıb. İstiqraz sahibləri bu əməliyyatlar üzrə qiymətli kağızlar bazarından 5 milyon dollardan artıq vəsait cəlb ediblər. Vəsaitlər illik 3,5-4% faiz dərəcəsi ilə cəlb edilib.

Xatırladaq ki, nominal qiyməti 1 000 ABŞ dolları, illik gəlirliyi 5% olan SOCAR İstiqrazları 100 milyon dollar həcmdə buraxılıb. İstiqrazların emitenti SOCAR şirkəti tərəfindən verilən «geri alma» zəmanətinə əsasən, bu kağızları istənilən vaxt azı nominal qiymətə alıb-satmaq mümkündür.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol