• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bu iki qurum birləşdirilir

Azərbaycanda bu iki qurum birləşdirilir
12.03.2018 15:01
Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatı ilə Dünya Azərbaycanlıları Assambleyası birləşmək barədə qərar qəbul edib.

Anews.az-ın Trend-ə istinadən məlumatına görə, bu qərar Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxti ilə Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev arasında keçirilən görüşdə qəbul olunub. İki diaspor təşkilatı rəhbərinin arasında keçirilən görüşdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti, ölkəmizin dünyada tanıdılması və haqq səsinin beynəlxaq ictimaiyyətə çatdırılmasına dair müzakirələr aparılıb, sözügedən məsələlərin həlli ilə bağlı gələcək planlardan danışılıb.

Müzakirənin sonunda yuxarıda adı çəkilən iki təşkilatın birləşməsi barədə razılaşma əldə olunub və birləşmə qurultayının bu ilin sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

Müxtəlif ölkələrdə fəaliyyət göstərən bir neçə diaspor təşkilatının da birlik qurultayını dəstəkləyəcəkləri gözlənilir. Artıq Beynəlxalq Diaspor Mərkəzi və Yaxın Şərq Azərbaycanlıları Konqresi də birləşmə ideyasına dəstək verəcəklərini bəyan ediblər.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının mərkəzi İsveç Krallığının Malmö şəhərində, Dünya Azərbaycanlıları Assambleyasının baş ofisi isə Almaniya Federativ Respublikasının Köln şəhərində yerləşdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol