• $
  • €
  • ₽
  • ₺
  • £

“Unibank kuboku”nun qalibləri məlum oldu

“Unibank kuboku”nun qalibləri məlum oldu
12.03.2018 15:21
Milli Paralimpiya Komitəsinin Güllə atıcılığı idman növü üzrə "Unibank kuboku -2018”-in qalibləri müəyyən edilib. Bakı Atıcılıq Mərkəzində təşkil olunan turnir, 19-26 mart 2018-ci il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Al-Əid şəhərində keçiriləcək Dünya Kubokuna hazırlıq məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, komanda Tokio-2020-yə ciddi hazırlaşır: "Bizim hesablamalarımıza görə, azı 2 güllə atıcımız 2020-ci il Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarına lisenziya qazanmalıdır. Güllə atıcılığında bizim yeni tərəfdaşımız Unibankdır və Unibankın komandaya uzunmüddətli və yaxından dəstək olması idmançılarımızı daha da ruhlandırıb”.

"Unibank” KB ASC-nin İdarə Heyəti sədrinin pərakəndə bankçılıq və marketinq üzrə müavini Taleh Tahirli də idmançılara uğurlar arzulayıb: "Biz qürur duyuruq ki, böyük yarışlara hazırlıq zamanı Unibank Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yanındadır. Bu yarışda biz idmançılarımızın necə əzmlə mübarizə apardıqlarnı gördük və inanırıq ki, güllə atıcılarımız qarşıdakı beynəlxalq yarışlardan yüksək nəticələrlə dönəcəklər”.

Güllə atıcılığı üzrə Milli paralimpiya komandasının baş məşqçisi Əkbər Muradov: "Yarışda özüm də idmançı kimi iştirak etdim. Çox məsuliyyətli və həyəcanlı bir yarış oldu. Bu həm də böyük yarışlara hazırlıq idi. Unibank qarşıdakı 3 ildə bizim yaxın dəstəkçimiz olacaq, bu bizi böyük qələbələrə daha da ruhlandırır”.

"Unibank kuboku-2018”in qadın idmançılar arasında qalibi Aybəniz Babayeva: "Bu gün çox gözəl yarış keçdi. Həyəcanlı olsam da, gözəl nəticə əldə etdim. Hədəf təbii ki, Tokio-2020-dir!”

Yarışda milli komandanın qadın və kişilərdən ibarət idmançıları öz qüvvələrini sınayıblar. Yarışın nəticələrinə görə qaliblər seçilib:

P1 kateqoriyası (kişilər arasında): I yer: Kamran Zeynalov (229.0 xal) II yer: Elşad Məmmədov (227.2 xal) III yer: Əkbər Muradov (222.4 xal)

P2 kateqoriyası (qadınlar arasında): I yer: Aybəniz Babayeva (223.4 xal) II yer: Gülnarə Niftəliyeva (197.8) III yer: Vüsalə Kərimova (177.1)

Qaliblərə kubok, medal və Unibank tərəfindən hədiyyələr verilib. Xatırladaq ki, qarşıdakı 3 ildə Güllə atıcılığı üzrə milli paralimpiya komandasının yerli və

beynəlxalq oyunlarda rəsmi tərəfdaşı olan Unibank, komandanın inkişafına da dəstək verəcək. 3 illik rəsmi tərəfdaşlıqla bağlı "Unibank” KB və Milli Paralimpiya Komitəsinin rəhbərliyi arasında müqavilə imzalanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol