• $
  • €
  • ₽
  • ₺
  • £

Avropa erməniləri yox, Azərbaycanı dəstəklədi

Avropa erməniləri yox, Azərbaycanı dəstəklədi
28.05.2020 19:14
Avropa parlamentinin 33 üzvünün etiraz məktubuna baxmayaraq Avropa Sərmayə Bankı Trans Anadolu Qaz Kəmərinin (TANAP) tikintisi üçün 992 milyon avro (1,15 milyard dollar) kredit ayırıb.

İstiPress-in məlumatına görə, bu barədə "Oil Price" portalında "Azerbaican-Europe Gas Pipeline Gets $1B In Funding” başlıqlı məqalədə bildirilir.
Məqaləyə görə, TANAP-ın maliyyələşdirilməsi məsələsinə bank tərəfindən iyun ayından baxılır. Kredit ayrılması qərarı ətraf mühitə təsir barədə etirazlar, layihədə 58% iştirak payına malik Azərbaycan əleyhinə ittihamlar olmasına, Türkiyə və Avropa Birliyi arasında münaqişə olmasına baxmayaraq verilib. Keçən ilin dekabr ayında isə Avropa parlamentinin 33 deputatı Avropa Sərmayə Bankının rəhbəri Verner Hoyerə məktub yazaraq layihədən imtina etməyə çağırıblar. Ermənipərəst deputatlar tərəfindən yazılmış bu məktub Türkiyə və Azərbaycanı gözdən salmaq məqsədi daşıyıb.

"Oil Price” portalının yazdığına görə, ermənipərəst deputatların bütün bu iddialarına baxmayaraq, kreditin ayrılacağına heç bir şübhə yox idi. Çünki TANAP Avropa Birliyinin Xəzər qazını Mərkəzi və Cənubi Avropaya nəql etməyi nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinin əsas elementidir. Avropa Sərmayə Bankı daha öncə Cənub Qaz Kəmərinin digər hissəsi TAP-ın tikintisi üçün 1,5 milyard avro kredit ayırıb. TAP-ın tikintisi 2020-ci ildə başa çatacaq və hər il 10 milyrad kubmetr qaz TANAP vasitəsi ilə Türkiyə - Yunanıstan sərhədinə çatdırılacaq, oradan da TAP vasitəsi ilə Adriatik dənizinin dibindən keçməklə İtaliyaya nəql ediləcək. 

Beləliklə, ermənilərin və ermənipərəstlərin həddindən çox fəallıq etməsinə baxmayaraq, Avropa Birliyi Azərbaycanın əsas rol oynadığı bu layihəni dəstəklədi.   



  







www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol