• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank yenə lider oldu

Unibank yenə lider oldu
29.03.2018 18:10

Unibank 3 nominasiya üzrə lider bank seçilib. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2017-ci il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank 2 nominasiya üzrə 1-ci, bir nominasiya üzrə isə 2-ci yerin qalibi olub:

-          "Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yer;
-          "Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyası üzrə 1-ci yer;
-          "Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyası üzrə 2-ci yer.

Unibank bazarda elektron ticarət göstərən lider banklar siyahısındadır. Bank öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın  tərəfdaşları sırasında bu gün 200-dən artıq internet ticarətçisi var. İstənilən Visa və  MasterCard  kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər.

Unibank-ın ölkədə  nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin inkişafına verdiyi töhfədə Unibank Mobile əlavəsinin də xüsusi rolu var. Azərbaycanın ən çox yüklənən və ən yaxşı mobil bank xidməti seçilən Unibank Mobile istifadəçilərinin sayı 100.000-i ötüb.
Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə  və müştərilərinə rahat  nağdsız ödənişləri təqdim  etməkdə davam edəcək.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , www.twitter.com/unibank) əldə etmək olar.
 
Unibank- hər kəsin bankı!
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol