Bu yolda hərəkət məhdudlaşdırılır - Xəbərdarlıq

Aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin 28 may küçəsindən giriş hissəsində (dəmiryolu körpüsünün altından giriş) bu gün gecə saatlarından etibarən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda həmçinin deyilir ki, sürücülər alternativ olaraq Nəriman Nərimanov küçəsi istiqamətindən qəsəbəyə daxil ola bilərlər.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























