• $
  • €
  • ₽
  • ₺
  • £

Pensiyalarla bağlı mühüm AÇIQLAMA

Pensiyalarla bağlı mühüm AÇIQLAMA
05.04.2018 16:04
Dövlət tərəfində hər dəfə pensiyalar artırılsa da yenə də yaşlı insanlarımız yenə də işləməyə davam edir. Başqa dövlətlərə nisbətən Azərbaycanda verilən pensiya ailə dolandırmaq üçün yetərli hesab olunmur.

Anews.az xəbər verir ki, bununla bağlı sonxeber.az-a açıqlamasında iqtisadçı-ekspert Samir Əliyev qeyd edib ki, orta əmək haqqı aşağı olan ölkədə heç zaman pensiya yuxarı ola bilməz:"Pensiya əmək haqqına bağlı olur: "Azərbaycanda bu gün orta əmək haqqı 525 manatdır. Amma böyük əksəriyyətinin aldığı maaş 525 manatdan aşağıdır. Bizdə bir çox insanın aldığı təxmini maaş 300 manatdır. Bura müəllimlər, həkimlər və başqaları daxildir. Belə olan halda insanlarımıza verilən pensiyaların miqdarı yuxarı ola bilməz. Avropada hər 3-4 işləyənə bir pensiyaçı düşür. Amma bizdə pensiyaçılarla işləyənlərin sayı demək olar ki, eynidir. Pensiyaların artımı üçün ilk öncə bu problemi aradan qaldırmaq lazımdır. Çünki bu cür vəziyyət pensiyaların verilməsinə böyük əngər yaradır. Nə qədər artım olsa da pensiyalar aşağı olacaq. Pensiyanın artması üçün ilk öncə orta əmək haqqı artırılmalıdı. Təkcə qanunvericiliyi dəyiməklə problemləmin həlli mümkün deyil. İnsanların aldığı əmək haqqı artmalıdır ki, onun qarşılığında pensiyalar da qalxsın.

Samir Əliyev onu da vurğulayıb ki, Azərbaycanda yaşlı insanlara yanaşım düzgün deyil. Əgər qocalmısansa evdə nəvələrinə baxmalısan. Amma başqa dövlətlərdə bu belə deyil. Onlar evdə oturmaq əvvəzinə müxtəlif ölkələrə səyahət edir və yaxud da işlərinə davam edirlər. Amma bizdə işə qəbul zamanı təcrübəyə deyil, yaşa baxırlar. İlk öncə bu tendensiya aradan qaldırılmalıdır. Problem yaşlı insanların işləməsi deyil. Onların harda işləməkləridir. Pensiya yaşına çatan adam işləmək istəyir. Niyə də buna qadağan qoyulsun. Bu yaxınlarda baş verən qəza nəticəsində bir yaşlı xanım həyatını itirdi. Onun əvəzində cavan bir insan ola bilər. Problem işin nə qədər təhlükəli olması ilə bağlıdır. Bu gün kifayyət qədər pul xərclənir. Niyə belə yerlər üçün avadanlıqlar alınmır. Yolların təmizlənməsi üçün əl əməyindən istifadə olunur. Düşünürəm ki, təhlükəli yerlərdə avadanlıqlardan istifadə olunmalıdır".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol