• $
  • €
  • ₽
  • ₺
  • £

“Facebook Messenger”də yazışmalar izlənilir

“Facebook Messenger”də yazışmalar izlənilir
06.04.2018 13:33
Zukerberqin bu bəyanatı bir sıra istifadəçilərin narahatçılığına səbəb olub.
 
"Facebook Messenger”də istifadəçilərin paylaşdığı linklər və şəkillər yoxlanılır. Eyni zamanda moderatora şikayət daxil olduqdan sonra yazışma təhlil olunur və şirkətin qaydalarını pozan istifadəçinin hesabı ən yaxşı halda bloklanır, ən pis halda isə ümumiyyətlə bağlanır. 

"Bloomerg” xəbər verir ki, şirkət rəhbərliyi belə bir praktikanın mövcud olduğunu təsdiqləyib. Sosial şəbəkənin təsisçisi bu yaxınlarda verdiyi müsahibələrin birində, "Messenger”də Myanmada müsəlmanlara qarşı etnik təmizləmə ilə əlaqədar "sensasiyalı məlumatların” ötürüldüyünü faktının aşkarlandığını bildirib. 

Onun sözlərinə görə "Facebook” sistemi bu məlumatları bloklayıb. Zukerberqin bu bəyanatı bir sıra istifadəçilərin narahatçılığına səbəb olub. Onlar sosial şəbəkənin yazışmaları nə dərəcədə təfsilatlı şəkildə təhlil etdiyi sualını verib. Şirkət rəhbərliyi bildirib ki, burada söhbət məlumatları skan edən alqoritmdən gedir. Eyni alətdən sosial şəbəkədə postların kontentinin "Facebook” qaydalarına uyğunluq baxımından avtomatik yoxlanılmasında istifadə olunur. 

"Məsələn, siz "Messenger”lə şəkil göndərdikdə, bizim sistem avtomatik onu skan edir və alqoritm deyək ki, uşaqların cinsi istismarı ilə bağlı bazada olan şəkillərlə uyğunluğun olub olmadığını yoxlayır. Siz linklər göndərdikdə, biz həmin saytlarda virusun olub-olmadığını yoxlayırıq” deyə "Facebook” rəhbərliyinin nümayəndəsi bildirib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol