• $
  • €
  • ₽
  • ₺
  • £

İpoteka iki iş günü müddətində qeydiyyata alınacaq

İpoteka iki iş günü müddətində qeydiyyata alınacaq
10.04.2018 13:00
Nazirlər Kabineti "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”na dəyişiklik edib.

Anews.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, dəyişikliyə görə, ərizəçilərin daşınmaz əmlakla bağlı təqdim etdikləri ərizə onların istəyi əsasında icra müddəti sürətləndirilməklə qəbul ediləcək.

İcra müddəti sürətləndirilməklə qəbul edilən ərizələrin icrası daxil olmuş əvvəlki ərizələrin Qanunla müəyyən edilmiş müddətdə icrasını ləngitməmək şərtilə həyata keçiriləcək.

Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 9.2-ci maddəsinin birinci cümləsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətində icra olunacaq.

Qeydiyyat müddəti Qanunun 9.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar uzadıldıqda, ərizələr ümumi icra müddəti sürətləndirilməklə iki, beş və on iş günü müddətində icra ediləcək.

Eyni zamanda, ipotekanın dövlət qeydiyyatı ilə bağlı ərizələr Qanunun 20.3-cü maddəsi ilə müəyyən edilmiş icra müddəti sürətləndirilməklə bir və iki iş günü müddətində icra olunacaq. Bu Qaydanın 2-1.3-cü və 2-1.4- cü bəndlərinə uyğun qəbul edilən ərizələrdə sürətləndirilmiş icra müddəti, ərizəçilərə verilən təsdiqetmə bildirişlərində isə sürətləndirilmiş icra tarixi göstəriləcək.

Həmin məlumatlar elektron daşıyıcılarda aparılan daşınmaz əmlakın dövlət reyestrində də qeyd olunacaq. Daşınmaz əmlak üzərində hü- quqların dövlət qeydiyyatına dair ərizənin sürətləndirilməklə icrası zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin göstərdiyi xidmətlərə görə xidmət haqlarının tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən artırma əmsalları ilə hesablanacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol