• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ərazilərdə bina tikintisi qadağan edildi

Bu ərazilərdə bina tikintisi qadağan edildi
10.04.2018 14:27
Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərinin mərkəzi oxundan 420 m məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən hündür yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri, Cənubi Qafqaz Boru Kəməri və Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəmərlərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydaları”nda əksini tapıb.

Cənubi Qafqaz Boru Kəməri Genişləndirilmiş boru kəməri Cənub Qaz Dəhlizinin əsas elementlərindən biridir. Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr bu məsləhətləşmə zonalarının hüdudlarında torpaq sahələri ayrılarkən həmin ərazidə mövcud olan daşınmaz əmlak üzərində mülkiyyət, istifadə, icarə hüquqları, həmçinin əvvəllər inşa edilmiş və sənədləri müvafiq təşkilatlarla razılaşdırılaraq dövlət qeydiyyatına alınmamış daşınmaz əmlak istisna olmaqla, sənədləşdirmə prosedurlarında həmin qadağalara riayət olunmasını təmin etməlidirlər.

Qeyd edək ki, yeni Qaydaların qəbulu ilə əlaqədar Nazirlər Kabineti "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəmərinin və Cənubi Qafqaz qaz boru kəmərinin məsləhətləşmə və mühafizə zonalarının müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi haqqında” 2004-cü il 2 noyabr tarixli qərarını ləğv edib. Həmin qərara əsasən Cənubi Qafqaz Boru Kəməri boru kəmərinin mərkəzi oxundan hər tərəfə 385 metr, Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin mərkəzi oxundan hər tərəfə 120 metr məsafədə xəstəxanaların, məktəblərin, üç mərtəbədən yuxarı olan yaşayış evlərinin, sənaye və kənd təsərrüfatı təyinatlı binaların və hər hansı ictimai-kütləvi obyektlərin (ictimai risk meyarları nəzərə alınmaqla) tikintisi qadağan idi. Yeni Qaydalarda da Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri ilə bağlı məsafə və tikinti məhdudiyyətləri olduğu kimi saxlanılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol