• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Komitəsi fəaliyyətini genişləndirir
13.04.2018 11:04
Komitə 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir

Azərbaycanda fəaliyyət göstərdiyi 22 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Telekom MMC Uşaq Paralimpiya Komitəsinə dəstəyini davam etdirir. Yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəsini artırmaq üçün yaradılan və Azercell-in dəstəyi ilə fəaliyyətini uğurla davam etdirən Uşaq Paralimpiya Komitəsi hal-hazırda 200-dən çox yeniyetməni öz ətrafında birləşdirir. İdman növləri 9-a çatdırılan Uşaq Paralimpiya Komitəsində gənc paralimpiyaçılar indi cüdo, boccia, üzgüçülük, qolbol, masaüstü tennis, əlil arabasında rəqs, parataekvando, pauerliftinq və atletika kimi idman növləri ilə məşğul ola bilirlər. Gələcək paralimpiyaçı idmançıları yetişdirməklə yanaşı, komitə uşaqlara təhsil və müalicə sahəsində də köməklik göstərməkdədir. Belə ki, dayaq-hərəkət sistemi pozulmuş bir neçə uşaq inklüziv təhsil almaq üçün orta məktəbə göndərilib. Beynəlxalq turnirlərdə çoxsaylı qələbələrə imza atan paralimpiaçılarımız IV Uşaq Paralimpiya İdman Oyunlarına da hazırlaşırlar. Komitə IV Uşaq Paralimpiya İdman Oyunlarını 2018-ci ilin noyabr-dekabr aylarında keçirməyi planlaşdırır. Məlumat üçün bildirək ki, 2014-cü ildən Azercell şirkətinin dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkəmizin müxtəlif ərazilərindən uşaqlar və gənclər toplaşıb. Bu komitənin yaradılmasında əsas məqsəd - ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol