• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda avtomobillərin parklanması avtomatlaşdırılır

Bakıda avtomobillərin parklanması avtomatlaşdırılır
13.04.2018 21:18
Bakıda avtomobillərin parklanma prosesi tam avtomatlaşdırılacaq.

Bunu APA-ya Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib. Onun sözlərinə görə, hazırda BNA-nın əməkdaşları xarici mütəxəssislərlə birlikdə parklanma ilə bağlı vəziyyəti öyrənmək üçün araşdırmalara başlayıb. V.Kərimli bildirib ki, araşdırmalardan sonra parklanma ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.

"Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına dair toplantısında cənab prezidentin vurğuladığı kimi ümumilikdə şəhər nəqliyyatının təşkili koordinasiyalı olmalıdır. Burada bütün digər qurumlar da bir-birinə dəstək olmalıdır. Çünki, nəticə etibarı ilə bizim vətəndaşlarımız, Bakı sakinləri - müəllimi də, tələbəsi də, naziri də yollardan istifadə edir. Bizim araşdırmalar nəticəsində məlum olub ki, yollarda ən çox nəzərə çarpan problem qeyri-qanuni parklanma, parklama yerlərinin aidiyyatı qurumlarla razılaşdırmadan təsdiq olunması və müəyyənləşdirilməsi ilə bağlıdır. Əsas məsələ odur ki, parklanmanın təhvil-təslim prosesi davam etməlidir. Bu prosesdən sonra bizim niyyətimiz odur ki, parklanma tam avtomatlaşdırılmış olsun. Necə ki, biz avtobuslarda nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı problemlər ortadan qalxsın. Eyni zamanda, parklanma bir mədəniyyətdir. Biz sakinlərimizdən də böyük bir anlayış gözləyirik. İstərdik ki, vətəndaşlarımız avtomobillərini restoranın, iaşə obyektinin, əyləncə mərkəzinin birbaşa qarşısında və yaxud yanında saxlamaqla deyil, avtomobillərini parklanma yerlərində park edərək lazımı ünvana yürüyərək getsinlər. Araşdırmalarımızdan sonra ehtiyac yaranarsa, yeni parklanma yerləri tikiləcək, ehtiyac olmadığı halda mövcud olanlardan istifadəni təşviq etməliyik", - deyə V. Kərimli vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol