Bank işçisinə 8 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Muğanbank"ın Nəsimi filialının kredit mütəxəssisi, dələduzluqda təqsirləndirilən Novruz Vəliyevə hökm oxunub.
"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə N.Vəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Vəliyev tanışları Kənan Nağıyev və Cavad Cavadovun etibarından sui-istifadə edərək, "forex" maliyyə birjasına bank kartı vasitəsilə mədaxil edib dövriyyəyə buraxmaqla hər ayın tamamında onlara qazanc vəd verərək aldatmaqda onların ümumilikdə 332 min 200 manat pulunu mənimsəyib. "Muğanbank" ASC-nin Nəsimi filialının müdiri Natiq Teymurov da zərərçəkən kimi tanınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























