• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı

Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
29.05.2020 04:25
Paytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər.

Mərkəzi Bankdan Axar.az-a bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib.

"Unibank”dan da hazırda dollar alğı-satqısı ilə bağlı problem yaşanmadığı açıqlanıb:

"Bütün müştərilər yaşadığı əraziyə ən yaxın filialımıza müraciət edərək dollar ala bilər. Məsələn, 7-ci mikrorayon ərazsində yaşayan vətəndaşlar dollar almaq üçün "Gənclik” (Atatürk prospekti 2a), yaxud da "Əcəmi” filiallarımıza müraciə edə bilər”.

"Azər-Türk Bank”ın mətbuat katibi Rauf Ağayev isə yalnız rublun alışının həyata keçirilmədiyini deyib:

"Bankımızda ABŞ dolları, rus rublu, İsveçrə frankı, ingilis funt-sterlinqinin satışı aparılır. Bunlardan yalnız rublun alışını bir qayda olaraq mərkəz filialımız həyata keçirilir. Kassaların qarşısında da az sayda adam var, heç bir narahatlıq yoxdur və dollar alğı-satqısı normal şəkildədir”.

"Əmrah Bank”dan isə bildiriblər ki, bu gün saat 13:00-dan dollar satışı başlayıb:

"Dolların satışı dayandırılmayıb. Mərkəzi Bankla əlaqədar olaraq, satış saat 13:00-dan başlayıb. Hazırda istənilən şəxs filiallarımıza yaxınlaşaraq, dollar ala bilər”.

"Ekspress Bank”dan da dollar satışının dayanmadığı qeyd edilib: "Bizim bankda dollar satışı dayandırılmayıb. İstənilən şəxs filliallarımıza yaxınlaşaraq, kassanın cari durumuna uyğun dollar ala bilər”.

"Turan Bank”ın əməkdaşı Ülviyyə Kərimli də satışın dayandırılmadığını və dollar almaq istəyən şəxslərin "Turan Bank”ın istənilən filialına yaxınlaşaraq, dollar ala biləcəyini bildirib.

Qeyd edək ki, ölkəmizdə iki gündür dolların satışının dayandırılması ilə bağlı müxtəlif şəxslər tərəfindən məlumatlar yayılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
İqtisadiyyat 10:48
Azad Rəhimovunzir oğlu Vergilər Nazirliyini məhkəməyə verdi
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
İqtisadiyyat 10:40
Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa edildi
 Azərbaycanda dizel bahalaşacaq
İqtisadiyyat 09:53
Azərbaycanda dizel bahalaşacaq
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
İqtisadiyyat 06:04
Azərbaycanda bahalı maşınlar ucuzlaşa bilər
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
İqtisadiyyat 05:09
Ordumuzun 100 illiyi ilə bağlı fantastik pullar hazırlandı
Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı
İqtisadiyyat 04:25
Bakıda dolların satışı dayandırıldı? Bankların cavabı
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
İqtisadiyyat 03:21
“Azərişıq” işıq pulu ilə bağlı mətbuat konfransı keçirir
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
İqtisadiyyat 02:30
Azərbaycanda benzin bahalaşır - 1 manat olacaq?
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
İqtisadiyyat 01:24
Sakinlərə verilən pulun məbləği artırılacaq - İcra başçısı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol