“WhatsApp”da yenilik – Silinən şəkilləri...

"WhatsApp” istehsalçıları messencerə yeni funksiya əlavə ediblər.
Yenicag.az xəbər verir ki, silinmiş faylları təkrar yükləmək mümkün olacaq. Bu haqda "Gadgets Now” resursu məlumat yayıb.
Hazırda əgər istifadəçi "WhatsApp”dan şəkili, videonu və ya digər hər hansısa faylı silibsə, o zaman məlumatları bərpa etmək olmur. Lakin yeni funksiyanın köməyi ilə silinmiş faylları yenidən yükləmək mümkün olacaq. Belə ki, fayllar messencerin serverlərində qorunub saxlanacaq. Hələlik bu imkan proqramın yalnız beta-versiyasında əlçatandır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















