• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda SOCAR-ın III Beynəlxalq Forumu keçirilir

Bakıda SOCAR-ın III Beynəlxalq Forumu keçirilir
23.04.2018 12:32
Bakıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya” Forumu işə başlayıb. 

Anews.az xəbər verir ki, tədbir Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə keçirilir. 

Builki foruma Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər, BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə iki nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər şəxsləri qatılıb.

Forumu açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, artıq üçüncü ildir keçirilən SOCAR-ın Beynəlxalq Forumu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunub: 

"SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-a yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın şəxs Bakıya gəlib. Bu göstərici Azərbaycan adının dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir”.

Forumun iştirakçıları öncə ulu öndər Heydər Əliyevin həyatından bəhs edən qısa filmi izləyiblər.

Qeyd edək ki, əsas məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsi olan Forumun ilk üç günü 30-dək ölkədən olan 40-a yaxın məruzəçinin çıxışı ətrafında müəyyən mövzuları əhatə edəcək.

Forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq.

Forumun sonuncu günü isə müxtəlif ölkələrdən olan iştirakçılar üçün Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən neft-kimya müəssisələrinə səfərlərin təşkil olunması nəzərdə tutulub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol