• $
  • €
  • ₽
  • ₺
  • £

Formula 1 biletləri bu yerlərə qalmadı - Hamısı satılıb

Formula 1 biletləri bu yerlərə qalmadı - Hamısı satılıb
26.04.2018 17:00
Paytaxtda bu həftəsonu baş tutacaq 2018 Formula 1 Azərbaycan Qran Prisinə olan biletlərin əksəriyyəti satılıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, Filarmoniya, İçəri Şəhər və Bulvar tribunalarına, həmçinin Abşeron tribunasının "B” və "C” sektorlarına aid biletlərin hamısı satılıb. Qalan tribunalar üçün olan biletlər də artıq satılıb qurtarmaq üzrədir.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim son günlər yerli tamaşaçıların yarışa böyük rəğbət göstərdiyini deyib: "Hər il olduğu kimi bu il də yarışa yaxınlaşdıqca bilet alanlar arasında yerli Formula 1 həvəskarları üstünlük təşkil etməkdədir. Eyni zamanda, biz bu il yarışa həm beynəlxalq, həm də yerli səviyyədə daha böyük maraq müşahidə edirik. Şübhəsiz ki, bunda Bakı Şəhər Halqasının möhtəşəm F1 yarışlarına ev sahibliyi etməsi ilə yanaşı burada tamaşaçılar üçün müxtəlif zövqlərə xitab edən çox saylı əyləncə və konsert proqramının olmasının böyük rolu var. Ümid edirik ki, Bakı bu il də möhtəşəm yarış və əyləncəyə səhnə olaraq avtoidman həvəskarlarının ən çox sevdiyi yarış məkanına çevriləcək”.

Qeyd edək ki, indiyədək ümumilikdə 68 ölkədən bilet alınıb və bu biletlərin 45 %-i xarici ölkələrin payına düşür. İlk onluğa Rusiya, Monako, Böyük Britaniya, Ukrayna, Avstriya, Gürcüstan, Hollandiya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Amerika Birləşmiş Ştatları daxildir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol