• $
  • €
  • ₽
  • ₺
  • £

Unicapital istiqrazların təkrar satışını həyata keçirəcək

Unicapital istiqrazların təkrar satışını həyata keçirəcək
26.04.2018 15:26
Unicapital METAK istiqrazlarının təkrar bazar və repo əməliyyatlarını həyata keçirəcək. Bu haqda Unicapital İnvestisiya Şirkətinin baş meneceri Heydər İbrahimli bildirib: "Bakı Fond Birjasında "METAK” MMC-nin istiqrazlarının yerləşdirilməsi zamanı sifarişlər 8 investor tərəfindən təqdim edildi və istiqrazlar nominal qiymətlə tam həcmdə yerləşdirildi. İnvestorlar tərəfindən METAK istiqrazlarına tələbin əhəmiyyətli dərəcədə artması, istiqrazların təkrar bazar və repo əməliyyatlarına da marağın yüksək olacağını deməyə əsas verir. Bu əməliyyatlar istiqrazların yerləşdirmə üzrə anderrayteri Unicapital İnvestisiya Şirkəti ASC tərəfindən həyata keçiriləcək. İnvestorlar tərəfindən istiqrazlara tələbatın yüksək olmasının əsas səbəblərindən biri də istiqrazların likvid və şərtlərin münasib olmasıdır. Unibank və METAK-ın təminatçı olduğu və yerli fond bazarında yüksək gəlirlik ilə təklif edilən istiqrazlar investorlar üçün əlverişli investisiya aləti hesab edilir”.

Qeyd olunanlarla yanaşı, istiqrazlara olan tələbin artması, qiymətli kağızlar bazarına olan inamın da göstəricisidir. Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən qiymətli kağızlar bazarının inkişafına dair aparılan siyasətin və bazarın infrastrukturunun təkmilləşdirilməsinin nəticəsi olaraq, emitent və investorlar MBNP-yə və investisiya şirkətlərinə sərbəst şəkildə müraciət edib məlumatlandırıla bilər. Bu da öz növbəsində, qiymətli kağızların MBNP-da qeydiyyat və daha sonra Bakı Fond Birjasında yerləşdirmə proseslərinin anlayışını əhəmiyyətli dərəcədə asanlaşdırır.

METAK istiqrazları üzrə baş tutan yerləşdirmə qiymətli kağızlar üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq Bakı Fond Birjasının universal və yüksək sürətli ticarət imkanları yaradan platforması vasitəsilə kütləvi təklif olub. Bu isə ticarətin ədalətli, təhlükəsiz təşkili üçün şərtlər yaradır və investor bazasının genişlənməsinə müsbət təsir göstərir.

Xatırladaq ki, həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol