• $
  • €
  • ₽
  • ₺
  • £

Bugünkü hərrac: 16 əmlak özəlləşdirildi

Bugünkü hərrac: 16 əmlak özəlləşdirildi
01.05.2018 14:21
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən may ayının ilk hərracı keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, budəfəki hərracda 1 kiçik dövlət müəssisəsi, 9 qeyri-yaşayış sahəsi, 2 yarımçıq tikili, 4 nəqliyyat vasitəsi özəlləşdirilib. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 5 istifadəsiz qeyri-yaşayış sahəsi və 4 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 4 istifadəsiz qeyri-yaşayış sahəsi və 2 yarımçıq tikili özəlləşdirilib.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Xəzər rayonunda yerləşən 8 saylı mağazadır. Sahibkar investisiya yatırmaqla həmin obyektdə ərzaq mallarının pərakəndə satışını həyata keçirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 60 kv.m-ə yaxındır.

Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsi Nəsimi, Yasamal və Qaradağ rayonlarında yerləşir. Regionlar üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Gəncə, Göyçay, Bərdə şəhərlərindədir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Göyçayda yerləşən, ümumi faydalı sahəsi 50 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Özəlləşən nəqliyyat vasitələrinin markaları isə müxtəlif olub. Avropa istehsalı olan maşınlar üstünlük təşkil edib. Buraxılış tarixləri isə 2006-2008-ci illərə aiddir.

Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi prosesində indiyədək sənaye, ticarət, nəqliyyat, rabitə və digər xidmət sahələrində 50 minə yaxın kiçik dövlət müəssisə və obyekti xüsusi mülkiyyətə verilib, 1600-ə yaxın orta və iri müəssisə səhmdar cəmiyyətlərinə çevrilib və onların səhmləri özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac mayın 8-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək 178 əmlak çıxarılıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol