• $
  • €
  • ₽
  • ₺
  • £

AccessBank-ın depozit portfeli stabil artım nümayiş etdirib

AccessBank-ın depozit portfeli stabil artım nümayiş etdirib
01.05.2018 16:13
AccessBank 2018-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Bankın maliyyə hesabatına əsasən, rübün sonuna depozit portfeli 428,196 milyon manata çatıb. Portfeldə nəzərə çarpan stabil artım müşahidə olunur ki, bu da müştərilərin banka göstərdiyi yüksək etimadın göstəricisidir. Belə ki, depozit portfeli ilin əvvəlinə olan göstəricidən 28,381 milyon manat və ya 7,1% çoxdur.

31 mart 2018-ci il tarixində AccessBank 824 milyon 979 min manat cəmi aktivlər və 764 milyon 908 min manat cəmi öhdəliklərə malik olub. Diqqət çəkən odur ki, qeyd olunmuş tarixə bankın ani likvidlik əmsalı 117,44% təşkil edib ki, bu da minimal normadan təxminən 4 dəfə çoxdur. Bu isə bankda kifayət qədər likvid vəsaitin olması deməkdir.

Maliyyə göstəricilərini şərh edən İdarə Heyətinin sədri Rolf Reyxardt bildirib ki, bank 2018-ci ilə olduqca optimist köklənib: "Artıq bir müddətdir ki, vəziyyətin stabilləşdiyini, kreditləşmədə aktivliyin artmasını müşahidə edirik. Bundan başqa, bankın müştərilərinin və aparılan əməliyyatların sayında da ciddi artım müşayiət olunur. Bu müsbət dinamikaya əsaslanaraq cari illə bağlı olduqca pozitiv proqnozlarımız var. Əminəm ki, cari strategiyamız bizim müştərilərimizlə birgə inkişaf etməyimizə səbəb olacaq".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol