• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”-ın dəstək olduğu informatika üzrə Ümumrespublika olimpiadası başladı

“Nar”-ın dəstək olduğu informatika üzrə Ümumrespublika olimpiadası başladı
01.05.2018 17:35

 
"Nar”-ın dəstəyi, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyi, Təhsil nazirliyi, Heydər Əliyev fondu və Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları Institutunun birgə təşkilatçılığı ilə "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika olimpiadası” 29 aprel 2018-ci il tarixdə Bakı Mühəndislik Universitetində start götürdü.
 
Qeyd edək ki, artıq 12-ci dəfə keçirilən olimpiada 17 may – Dünya telekommunikasiya və informasiya cəmiyyəti gününə həsr edilib. Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan maraqlarının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsidir.
 
Bu il respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda qeydiyyatdan keçərək olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, bölgələrdə fəaliyyət göstərən ali təhsil müəssisələri – Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran dövlət universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il olimpiadaya xüsusi maraq göstəriblər.
 
Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərən yalnız bir komanda olimpiadanın final mərhələsinə vəsiqə qazanır. Finalda isə ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək. Qaliblər "Nar” və "BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Olimpiadanın final mərhələsi 5 may 2018-ci tarixdə Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
 
Təhsil, elm və mədəniyyətin inkişafı "Nar” korporativ sosial məsuliyyət (KSM) strategiyasının başlıca prioritetlərindəndir. Mobil operatorun KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək mümkündür.   
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol