• $
  • €
  • ₽
  • ₺
  • £

Sığorta mübahisələri bir günə həll ediləcək

Sığorta mübahisələri bir günə həll ediləcək
07.05.2018 10:28
Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə sığortaçılarla sığortalılar arasında mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı görüş keçirilib.
 
Görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, birliyin digər nümayəndələri, sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri, o cümlədən, mübahisələrin məhkəmədən kənar həllini həyata keçirməyi nəzərdə tutulan mediasiya şirkətinin nümayəndələri iştirak edib.

Görüşdə sığorta mübahisələrinin məhkəmədən kənar həlli sistemi ilə bağlı sığorta şirkətləri üçün təqdimat edilib, daha sonra geniş müzakirə aparılıb. Mediator şirkətin təklif etdiyi həll üsulu ilə sığorta mübahisələrinin operativ qaydada – bir gün ərzində həlli nəzərdə tutulub. Mürəkkəb və xüsusi araşdırma tələb edilən hallarda bu müddət 30 günə qədər uzadıla bilər. Belə ki təklif edilən həll mexanizmi sığorta mübahisəsinin həlli istiqamətində mediator şirkətə müraciət edilən zaman mediatorun əvvəlcə hər iki tərəflə - sığortalı və sığortaçı ilə birlikdə, sonra isə onlarla ayrılıqda görüşünü nəzərdə tutur. Tərəflərlə birlikdə yenidən görüş keçirilməsi və razılaşma əldə edildiyi təqdirdə "Barışıq sazişi”nin bağlanması sistemin fəaliyyətində növbəti addım olaraq müəyyən edilib.

Mediasiyadan beynəlxalq təcrübədə sığorta mübahisələrinin həllində çox geniş şəkildə istifadə edilməkdədir.

Yekunda sığortaçılar arasında mediasiya sisteminin müəyyən müddət ərzində pilot layihə olaraq həyata keçirilməsi barədə razılıq əldə edilib.

Qeyd edək ki, Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nə əsasən Azərbaycanda mediasiya sisteminin qurulması tələb kimi müəyyən edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol