• $
  • €
  • ₽
  • ₺
  • £

Tbilisi prospektində hərəkət məhdudlaşdırılır

Tbilisi prospektində hərəkət məhdudlaşdırılır
07.05.2018 10:45
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə iki ərazidə hərəkət qismən məhdudlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində ("Xırdalan” və "VAZ” dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində səhər saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bundan başqa, Tbilisi prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək (Şamaxinka deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 7 may 2018-ci il tarixində axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndirilərək təmin ediləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. (Yol bağlı olmayacaq).

Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol