• $
  • €
  • ₽
  • ₺
  • £

Özəlləşdirmədən büdcəyə daxilolmalar açıqlandı

Özəlləşdirmədən büdcəyə daxilolmalar açıqlandı
07.05.2018 21:47
Cari ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 52 hərrac keçirilib. 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib və sahələr üzrə təhlillər aparılıb.

Anews.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə bildirilib. 

Qeyd edib ki, dövlət mülkiyyətində olan, özəlləşdirilməsi nəzərdə tutulmuş qeyri-profil müəssisə və obyektlərin inventarlaşdırılmasının və qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib.

İlin ilk üç ayında 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.

İnvestisiya müsabiqələri vasitəsilə bu günədək özəlləşdirilmiş müəssisələr üzrə dövlət büdcəsinə 67 mln. manat vəsaitin daxil olması təmin edilib.  Eləcə də 1,1 milyard ABŞ dolları həcmində investisiya qoyuluşları həyata keçirilib, 17 min 257 yeni iş yeri yaradılıb. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 10 müəssisə haqqında bütün məlumatlar "Özəlləşdirmə portalı”nda yerləşdirilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol