• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda A-92/95/98 benzini ilə bağlı - VACİB XƏBƏR

Azərbaycanda A-92/95/98 benzini ilə bağlı - VACİB XƏBƏR
09.05.2018 12:24
Hazırda "Azərikimya” İB-də texnoloji qurğuların yenilənməsi üzrə işlər tam gücü ilə davam edir. Müəssisədə yeni qurğuların və yardımçı sahələrin inşası işləri aparılır. İstehsalat Birliyi üzrə yenidənqurma işləri 2019-cu ildə başa çatdırılacaq. 

Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Azərbaycan” qəzetində yayımlanan məqaləsində bildirib.

O qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda modernizasiya işləri çərçivəsində ilkin emal, katalitik krekinq kimi mövcud qurğular əsaslı təmir edilərək, yenidən qurulacaq, bir sıra yeni qurğular inşa olunacaq, zavodun istehsal gücü artırılacaq: 

"Modernləşdirmə prosesi istehsal olunan dizel yanacağının və avtomobil benzinlərinin Avro-5 standartı səviyyəsinə çatdırılması, yeni bitum istehsalatının yaradılması, reaktiv mühərrik yanacağı həcminin kəmiyyət və keyfiyyətcə yüksəldilməsi, istismar xərclərinin azaldılması və s. vəzifələrlə yanaşı, "Azərikimya”nın qaz xammalı - propan-propilen, butan-butilen fraksiyaları kimi quru qazlarla daha etibarlı təminatını nəzərdə tutur.

Artıq NEZ-in modernizasiyası üzrə ilkin detallı layihələndirmə işləri başa çatdırılıb və keçirilən tenderin nəticələrinə uyğun olaraq, növbəti mərhələnin - Layihələndirmə, Satınalma və Tikinti mərhələsi çərçivəsində yeni qurğuların tikintisi ilə bağlı bu ilin fevralında "Maire Tecnimont” şirkəti ilə müqavilə imzalanıb.

Müqaviləyə əsasən, 10-dan çox istehsal qurğusunun tikintisi nəzərdə tutulur. Mövcud qurğuların və ümumzavod təsərrüfatı obyektlərinin yenidən qurulması isə ötən ilin dekabr ayında keçirdiyimiz digər tenderin qalibi olan "Tecnicas Reunidas” şirkətinə həvalə olunub. Layihənin 2021-ci ildə başa çatdırılması nəzərdə tutulur”.

R.Abdullayev bildirir ki, ilk mərhələdə 2018-ci ildə yeni bitum qurğusu və müvafiq ümumzavod təsərrüfatı qurğuları, eləcə də, yeni maye qazdoldurma məntəqəsi tikilib istismara veriləcək: 

"Sonrakı mərhələ üzrə 2020-ci ilin sonunadək "Avro-5” keyfiyyət standartına cavab verən dizel yanacağının alınması üçün yeni qurğuların inşası və müvafiq yenidənqurma işləri başa çatdırılacaq.

III mərhələdə 2021-ci ilin əvvəlinədək "Avro-5” keyfiyyət standartına cavab verən A-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası həyata keçiriləcək. Modernizasiya nəticəsində zavodda istehsal həcmini ildə 7,5-8 milyon tona çatdırmaq mümkün olacaq.

Beləliklə, aparılan rekonstruksiya ölkəmizin ixrac potensialını və NEZ-in gəlirliliyini artıracaq, həmçinin "Azərikimya” İB-nin sabit xammal təchizatını təmin edəcək.

Layihə nəticəsində NEZ-in əməliyyat xərclərinin optimallaşdırılması, habelə Bakı və Sumqayıt şəhərində ekoloji vəziyyətin daha da yaxşılaşdırılması gözlənilir”.

//Oxu.az

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol