• $
  • €
  • ₽
  • ₺
  • £

Qeyri-neft sektorunda istehsal 11 faiz artıb

Qeyri-neft sektorunda istehsal 11 faiz artıb
14.05.2018 22:19
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2018-ci ilin yanvar-aprel aylarında 15,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % çox sənaye məhsulu istehsal edilib.
 
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10,8% artıb, neft sektorunda isə 0,6% azalıb. Sənaye məhsulunun 73,0%-i mədənçıxarma sektorunda, 21,9%-i emal sektorunda, 4,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda neft hasilatı 1,4% artıb, əmtəəlik qaz hasilatı isə 10,8% azalıb. Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 8,8 dəfə, tütün məmulatlarının istehsalı 2,7 dəfə, hazır metal məmulatlarının istehsalı 2,2 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,2 dəfə, mebel istehsalı 2,0 dəfə, elektrik avadanlıqlarının istehsalı 98,5%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 91,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 62,6%, tikinti materiallarının istehsalı 37,8%, metallurgiya sənayesi məhsullarının istehsalı 14,2%, geyim istehsalı 12,0%, kimya sənayesi məhsullarının istehsalı 1,6%, ağacın emalı və ağacdan məmulatların istehsalı 1,1% artmış, içkilərin istehsalı 3,6%, qida məhsullarının istehsalı 5,1%, maşın və avadanlıqların istehsalı 5,6%, kompüter, elektron və optik məhsulların istehsalı 6,1%, əczaçılıq məhsullarının istehsalı 22,0%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 22,1%, rezin və plastik kütlə məmulatlarının istehsalı 33,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 64,0 % azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,9% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,7% azalıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol