• $
  • €
  • ₽
  • ₺
  • £

Yol işçisi öldü - Agentlik xəbərdarlıq yaydı

Yol işçisi öldü - Agentlik xəbərdarlıq yaydı
14.05.2018 16:00
Yollarda aparılan təmir işləri zamanı baş verə biləcək qəza hadisəsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbərdarlıq yayıb.

Agentlikdən Axar.az-a bildirilib ki, hazırda Bakı şəhərində Mir Cəlal, Əsəd Əhmədov, Təbriz və Məhəmməd Hadi küçələrində, Babək prospektində, həmçinin Xırdalan-Binəqədi, Buzovna-Mərdəkan, Lökbatan-Qızıldaş-Güzdək, Səngəçal-Çeyildağ, Mehdiabad-Pirşağı, Maştağa-Nardaran avtomobil yollarında təmir işləri aparılır.

Agentlik sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Qeyd edək ki, 2 gün öncə, 12 may tarixində Bakı Dairəvi-1 avtomobil yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan "Pajero" markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və Yol Xətt MMC-yə məxsus minik maşınına çırpıb.

Yük maşını daha sonra MMC-nin işçisi, 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub və o, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol