• $
  • €
  • ₽
  • ₺
  • £

Ali məktəblərə qəbul planı artırılıb

Ali məktəblərə qəbul planı artırılıb
28.05.2020 18:11
2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə qəbul planı ötən illə müqayisədə təxminən 2303 yer (5,37 %) artıb.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

O deyib ki, yeni tədris ili üzrə ali məktəblər üçün 45 159 yer ayrılıb.
M.Abbaszadə bildirib ki, ixtisas qrupları üzrə artım müxtəlifdir. I ixtisas qrupunda plan yerlərinin sayı 4 %, II qrupda 3,5 %, III qrupda 9 %, V qrupda isə 8 % artıb.

Qəbul planında dövlət sifarişli yerlər üzrə plan yerlərinin sayında 1,3 % artım olub. Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir:"Artmanım olması o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin sayı 26 % azalıb. Müəyyən universitetlərdə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb, müəyyən universitetlərdə isə azalıb".

M.Abbaszadə əlavə edib ki, 2017-2018-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı bu yaxınlarda "Abituriyent 4" jurnalında dərc olunacaq.

DIM Direktorlar Şurasının sədri qeyd edib ki , 2018-2019-cu tədris ili üzrə 9 illik bazadan kolleclərə qəbul planı 5 % (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21 % artıb.
M.Abbaszadə deyib ki , 11 illik bazadan kolleclərə qəbul üçün 9 687 plan yeri ayrılıb:" Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol