• $
  • €
  • ₽
  • ₺
  • £

Bayılda sürüşmə təhlükəsi sovuşmayıb

Bayılda sürüşmə təhlükəsi sovuşmayıb
17.05.2018 13:45
"Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evləri dağılan və mənzilləri təhlükəli vəziyyətdə olan sakinlər əşyalarını ərazidən çıxarır. Küçə dar olduğu üçün əraziyə keçib mayakları quraşdıra bilməmişik"
 
Bunu AzVision.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

Qurum rəsmisi bildirib ki, sabah ərazidə geoloji işlərə başlanılacaq: "Çatlar olan divarlarda mayaklar qoyulacaq. Orada torpaq qatını görmək olmur, hər yer betondur. Sürüşmənin səbəbi texnogen yüklənmə, yamacın pilləvarı, çoxsaylı gəsilməsidir. Tökmə torpağın üzərində hələ Sovet dövründən evlər tikilib və onların da alt hissəsi narın qumlar olduğu üçün zaman-zaman yuyulub və çökmə tipli sürüşmələr baş verib”.

Ə.Qaralov qeyd edib ki, həmin ərazi sürüşməyə meyillidir: "Yamac texnogen amillər nəticəsində yüklənib. Orada hər zaman risk var, sürüşmə gözlənilir. Hadisədən bir neçə gün öncə vətəndaşların müraciəti olmuşdu və gedib əraziyə baxmışdıq, arayışlarımız da var. Buna uyğun olaraq ərazinin risk xəritəsi hazırlanıb”. 

ETSN rəsmisi vurğulayıb ki, risk ərazisinə daxil olan evlərdə insanların yaşaması məsləhət bilinmir.

Qeyd edək ki, 2018-ci il may ayının 15-də saat 20.00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı prosseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. 20 fərdi ev təhlükəli ərazidədir. Ümumilikdə isə Buxta küçəsindəki təhlükə yaranmış ərazidən 22 ailə (55 nəfər) köçürülüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol