• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailələrinə şad xəbər

Şəhid ailələrinə şad xəbər
19.05.2018 09:37
Şəhid ailələrinə 11 min manat birdəfəlik ödənişin veriləcəyi vaxt müəyyənləşib. İlkin ödənişlərin bu ilin sonuna kimi həyata keçirilməsi planlaşdırılır. Vərəsələrin adları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

"Xəzər Xəbər"in məlumatına görə, 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardım edilməsi ilə bağlı siyahı forması hazırlanıb.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan siyahının forması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edilib. Ödənişin hansı şərtlərlə həyata keçiriləcəyi dəqiqləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fuad Hüseynovun sözlərinə görə, həmin qurumlardan rəsmi cavab alındıqdan sonra vərəsələrin adları nazirliyin elektron saytında yerləşdiriləcək və sistemə elektron nəzarət mümkün olacaq.

Yəni adı siyahıda olan vətəndaş konkret olaraq növbəsini biləcək.

İlkin ödənişlərin edilməsinə isə bu ilin son rübündən başlanılacağı proqnozlaşdırılır. Varislər pulun alınması üçün nümayəndə də seçə bilər və yaxud bu vəsait hər bir varisin hesabına ayrı-ayrılıqda da köçürülə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol